Misirdə turistləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 6 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, "Sada əl-Balyad" saytı yazır ki, hadisə Qırmızı dənizin sahilində yerləşən Ayn-əs-Sohna rayonunda baş verib.
Hindistan, Malayziya və Çin vətəndaşlarını daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində ölən altı nəfərdən üçü turistdir. Qəza nəticəsində 20-si turist olmaqla, 24 nəfər də müxtəlif dərəcəli xəsarət alıb.
Hadisənin başvermə səbəbi araşdırılır.
Milli.Az