İnternet sferasında soyuq müharibə başlayacaq – AÇIQLAMA

2 Yanvar 2020 23:55

Kiberekspertlər internet sferasında başlanılacaq "soyuq müharibə" haqqında danışdılar.

Milli.Az ted.az-a istinadən bildirir ki, Check Point IT şirkətinin ekspertləri 2020-ci ildə başlanılacaq "soyuq müahirbə"nin internet ətrafında olacağını proqnoz edirlər.

"Yeni "soyuq müharibə" onlayn dünyada aparılacaq. Kiberhücumlar əsasən kiçik ölkələr arasında dolayı münaqişə şəklində istifadə ediləcək", - deyə ekspertlər bildiriblər.

Onların fikrincə, bu kiberhücumları "təsir dairələrini möhkəmləndirmək və genişləndirmək" istəyən böyük dövlətlər maliyyələşdirəcək.

Eyni zamanda, kiberhücumlar ən işlək sahələrdə çoxalacaq. Məsələn, kommunal xidmətlər infrastrukturuna olan hücumlar daha da artacaq. Çünki bu sistemdə köhnəlmiş texnologiyalardan istifadə olunur.

"Səhiyyə və dövlət əhəmiyyətli tədbir təşkil edən qurumlara da olan hücumlar artacaq", - deyə mütəxəssislər əlavə ediblər.

Milli.Az