"Pymetrics" adlı startap komandası işə qəbul prosesini asanlaşdırıb obyektivləşdirmək məqsədi ilə yeni ideyasını ictimaiyyətə təqdim edib.
Milli.Az ted.az-a istinadən bildirir ki, "Pymetrics" startapının müəllifləri süni intellektə əsaslanan alqoritmdən istifadə ediblər.
"Bu platforma potensial işçinin cins və etnik faktorlarını nəzərə almadan seçir. Beləliklə, işçilər obyektiv olaraq seçiləcək", - deyə startapın baş direktoru Frida Polli açıqlayıb.
Qeyd edək ki, "Unilever", "Accenture" və "McDonalds" kimi nəhəng şirkətlər həmin texnologiyadan istifadə edir.
Milli.Az