"Liverpul" müdafiəçisini icarədən qaytarır

28 Dekabr 2019 20:40

"Liverpul" "Ştuttqart"a icarəyə verdiyi futbolçusu Nataniel Fillipsi qışda geri qaytaracaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı müdafiəçi 2-ci Bundesliqa təmsilçisində möhkəmlənə bilməyib. "Ştuttgart" Fillipsi mövsümün əvvəlində 1 illik icarəyə götürmüşdü.

Müdafiəçi yanvarda "Liverpul"un düşərgəsinə qoşulacaq.

Milli.Az