İranda qərbində zəlzələ oldu

28 Dekabr 2019 16:37

İranın qərbində yerləşən İlam vilayətinin Pəhlə şəhəri yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:50-də 10 kilometr dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Milli.Az