Rusiyada avtomobil son sürətlə dayanacağa girdi: yaralılar var - VİDEO

28 Dekabr 2019 14:42

Rusiyanın Sankt-Peterburq şəhərində "Mercedes-Benz" markalı maşın dayanacağa çırpılıb. İki nəfər xəsarət alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaralılardan biri beyin travması keçirib.

Hadisə yerinə tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Sürücünün xəsarət alıb-almadığı məlum deyil.

Milli.Az