Deniz Çakırdan "Eşkiya dünyaya hükümdar olmaz"la bağlı açıqlama

28 Dekabr 2019 19:26

Aktrisa Deniz Çakır jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, seriala yenidən qayıdacağı iddialarına da cavab verib.

"Keçmişə dönüb baxmıram" bildirərək aktrisa gəzən söz-söhbətə son qoyub.

Bundan başqa o qeyd edib ki, 2020-ci ildə karyerasında ilk dəfə olaraq, bir müzikldə rol alacaq.

Milli.Az