Vidal "Barselona"dan şikayət etdi

28 Dekabr 2019 19:34

"Barselona"nın futbolçusu Arturo Vidal klubdan şikayət edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çilili futbolçu, kataloniyalıların keçən mövsümdən ona olan borcunu ödəmədiyi üçün klubdan La Liqa rəhbərliyinə şikayət edib. 32 yaşlı futbolçu, müqaviləsində olan bonuslarla birlikdə 2,4 milyon avroluq məbləği ala bilmədiyini iddia edir.

Son günlər Vidalın adı "İnter"lə yanaşı çəkilir. "Barselona" ilə 2021-ci ilədək müqaviləsi olan futbolçunun qış fasiləsində Milan klubuna keçəcəyi deyilir.

Milli.Az