"Ziyalısı çönüb o lütə baxacaq ki, görüm ..." - FOTO

28 Dekabr 2019 13:41

Nədənsə bizim qulaq asdığımız mahnıları TREND-də (YouTube-da ən çox dinlənilən mahnıların siyahısı) görmürəm.

Milli.Az xəbər verir ki, bu sözləri Xatirə İslam "Zaurla Günaydın" proqramında deyib.

Zaur Baxşəliyev xanım ifaçının bu ifadələrinə gözlənilməz müqayisəsi ilə diqqət çəkib:

"Deyək ki, küçədə gedirik, hə, bir adam paltarlı gedir, biri çılpaq gedir. Ağıllısı da, ziyalısı da, dəlisi də, kim olursa olsun çönüb o lütə baxacaq ki, görüm bu niyə lüt gedir. Paltarlıya kim baxır ki? Paltarlı paltarlıdır da, elə deyil?"

Məhəmməd Vaqif
Milli.Az