Bu gün Abşeron rayonunun Digah kəndində qazın verilişi məhdudlaşdırılacaq.
Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, saat 12:00-dan etibarən Abşeron rayonunda yerləşən "Digah" Qaz Paylayıcı Stansiyasında sayğac quraşdırılması ilə əlaqədar Digah kəndində yaxın 2 saat ərzində qazın verilişində məhdudiyyətlər tətbiq olunacaq.
Milli.Az