"Lufthansa" 6,4 milyon dollar cərimələnib

28 Dekabr 2019 11:07

ABŞ-ın federal aviasiya idarəsi Almaniyanın "Lufthansa" aviaşirkətini 6,4 milyon dollar cərimələyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, şirkətin federal aviasiya qaydalarına uyğun olmayan 900-ə yaxın uçuş həyata keçirdiyi iddia olunur.

Bildirilir ki, ABŞ tənzimləyicisinin icazəsinin olmamasına baxmayaraq, "Lufthansa" San-Dieqo və Filadelfiya hava limanlarına uçuşlar təşkil edib.

Milli.Az