ABŞ-ın İraqda yerləşən hərbi bazasına hücum olub: ölən və yaralılar var

28 Dekabr 2019 10:34

İraqın şimalında yerləşən Kərkük şəhərinin yaxınlığında ABŞ-ın hərbi bazası raket atəşinə məruz qalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumatı "Reuters" agentliyi İraqda yerləşən hərbi mənbələrə istinadən yayıb.

Hücum nəticəsində bir neçə hərbçinin yaralandığı, bir mülki işçinin isə həlak olduğu bildirilir. 

Təhlükəsizlik qüvvələri hərbi bazanın yaxınlığında raket buraxılma qurğusu aşkar ediblər. 

Milli.Az