Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, polis mayoru Xanlar Məmmədov Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarışlar İdarəsinə rəis müavini təyin edilib.
O, bundan əvvəl əməliyyat sahəsində çalışıb.
Məlumat DİN-dən təsdiq edilib.
Milli.Az