"Beşiktaş" 9 nəfərlə qalan rəqibinə qalib gəldi - VİDEO - FOTO

28 Dekabr 2019 11:46

Türkiyə Super Liqasında 17-ci tura start verilib.

Milli.Az xəbər verir ki, "Gənclərbirliyi"ni qəbul edən "Beşiktaş" 4:1 hesablı qələbə qazanıb.

Super Liqada turnir cədvəlinə 34 xalla "Sivasspor" başçılıq edir. "Başakşəhər"lə "Beşiktaş" 30 xalla 2-3-cü yerləri bölüşür. 18 xalı olan "Gənclərbirliyi" 13-cü sıradadır.

"Beşiktaş" - "Gənclərbirliyi" - 4:1

Qollar: Domaqoy Vida, 49, Jorj-Kevin Nkudu, 60, Oğuzhan Özyakup, 74, Atiba Hatçinson, 90+1 - Floy Ayite, 23

Qırmızı vərəqələr: Nadir Çiftçi, 11, Yasin Pəhləvan, 36

Milli.Az