İmişlidə qəza oldu, ata-oğul yaralandı

28 Dekabr 2019 08:43

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaralar kəndində olub.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyn oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobili qarşıdan gələn "Vaz-2106" markalı minik avtomobili ilə toqquşub.

Nəticədə "Qazel" markalı avtomobilin sürücüsü və atası 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyn Qulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Həkimlər hər iki yaralının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az