Kürdəmirdə sürücü bədbəxt hadisə nəticəsində öldü

28 Dekabr 2019 08:03

Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində sürücünün ölmü ilə nəticələnən hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini, 1977-ci il təvəllüdlü İlham Nail oğlu Bayramov "Mercedes" markalı iritutumlu yük maşınını təmir etmək məqsədilə yol kənarında saxlayıb. Bu zaman maşına quraşdırılmış qaldırıcı kran qırıldığından sürücü avtomaşının altında qalaraq

dünyasını dəyişib. Yük maşının altında sıxılıb qalmış sürücünün meyiti Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza xilasetmə bölməsinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az