Kanadada polisə atəş açılıb

28 Dekabr 2019 08:18

Kanadanın Toronto şəhərində naməlum şəxs tərəfindən polisə atəş açılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "CTV" telekanalı bildirib.

Məlumata əsasən, həmin vaxtda polis əməkdaşı onun sənədlərini yoxlamağa cəhd göstərmişdi.

Patrulçu cavab olaraq xidməti silahdan istifadə etsə də, sürücü hadisə yerindən qaçmağı bacarıb. Polis xəsarət almayıb.

Milli.Az