Terroristlər Suriyada hava limanına hücum etməyə cəhd edib

28 Dekabr 2019 08:28

Terroristlər pilotsuz uçan aparatlardan istifadə edərək Suriyanın Həma şəhərində yerləşən hərbi aerodroma hücum etməyə cəhd ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Sham FM" radiostansiyası bildirib.

Məlumata əsasən, Suriya hökuməti ordusunun zenit-raket sistemləri Həma hərbi aerodromuna yaxınlaşmağa çalışan terrorçu dronlarının hücumunu dəf edib.

Suriya ordusu tərəfindən 19 dekabrda İdlib vilayətində başlatdığı əməliyyat fonunda terrorçuların pilotsuz təyyarələrin köməyi ilə hücumları daha tez-tez müşahidə olunur.

Milli.Az