Böyük izləmə başlayır: Pentaqon Rusiya, Çin və İranı hədəfə alıb

27 Dekabr 2019 20:44

Birləşmiş Ştatlar Rusiya, Çin və İranın Ərəb dənizində keçiriləcək hərbi dəniz təlimlərini izləyəcək və regionda gəmilərin azad şəkildə hərəkətini təmin etməyə hazırdır. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.

"Biz Ərəb dənizində İran, Çin və Rusiyanın iştirakı ilə keçiriləcək çoxtərəfli təlimlərdən xəbərdarıq. Biz orada baş verənləri izləyəcəyik və gəmilərin beynəlxalq su yolları ilə azad şəkildə hərəkətini təmin etmək üçün tərəfdaşlarımız və müttəfiqlərimizlə əməkdaşlığı davam etdirəcəyik", - deyə Pentaqonun rəsmi nümayəndəsi Şon Robertsonun yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, dekabr ayının əvvəlində İranın Hərbi Dəniz Qüvvələrinin komandanı Hüseyn Hanzadi bildirib ki, dekabrın 27-si Hind okeanında İran, Rusiya və Çinin birgə iştirakı ilə hərbi dəniz təlimləri keçiriləcək.

İranın Rusiyadakı yeni səfiri Kazım Cəlali bildirib ki, təlimlərdə məqsəd terrorizmlə və quldurlarla mübarizə, həmçinin təhlükəsizliyin təmin olunmasıdır.

Milli.Az