Husilər Səudiyyə bazasını vurdu: ölənlər var

27 Dekabr 2019 20:49

"Ənsər Allah" (Husilər) hərəkatının yəmənli qiyamçıları Səudiyyə Ərəbistanının cənub-qərbindəki Nəcran əyalətində yerləşən hərbi düşərgəsinə raket zərbələri endirib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə "Əl-Məsirə" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, zərbələr nəticəsində hədəf məhv edilib, onlarla səudiyyəli hərbi qulluqçu öldürülüb.

Milli.Az