Stalinin limuzini oğurlandı

27 Dekabr 2019 20:24

Moskvanın şimalında naməlum şəxslər SSRİ rəhbəri İosif Stalinin limuzinini oğurlayıblar.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naməlum şəxslər ZİS-115-i evakuatora yükləyərək naməlum istiqamətə gediblər. Hazırda oğruların tutulması istiqamətində işlər görülür.

Qeyd edək ki, ZİS-115 yüksək sinif avtomobillərdən hesab olunur. Həmin limuzundən cəmi 56 ədəd istehsal olunub. Stalin bu maşından 1949-cu ildən istifadə edib. Sənədlərə görə avtomobil ukraynalı biznesmen Ruslan Tarpana məxsusdur.

Milli.Az