Qazaxıstanda baş verən təyyarə qəzası ilə əlaqədar dekabrın 28-də ölkədə matəm elan edilib.
Milli.Az xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq sabah səfirlikdə bayraqlar yarıya qədər endiriləcək. Lakin başsağlığı kitabı açılmayacaq.
Xatırladaq ki, Qazaxıstanın "Bek Air" şirkətinə məxsus təyyarə dekabrın 27-də Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində 95 sərnişin və 5 heyət üzvü olub. Onlardan 12 nəfər ölüb, 66 nəfər xəsarət alıb. Yaralananlardan 50-si xəstəxanaya yerləşdirilib.
Milli.Az