17 minə yaxın partlayıcı oyuncaq... - Polisdən əməliyyatla bağlı açıqlama

27 Dekabr 2019 18:14

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai qaydanın, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına yönəldilmiş hərəkətlərin, eləcə də yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaqların və pirotexniki məmulatların qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən "Yeni il" ərəfəsində əhalinin ciddi narazılığına səbəb olan, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə dekabrın 16-dan 25-dək paytaxtın Qaradağ, Nəsimi, Sabunçu, Xəzər və Abşeron rayonları ərazilərində tədbirlər keçirilib. Nəticədə ayrı-ayrı fiziki və hüquqi şəxslərdən ümumilikdə 17 min ədədə yaxın yüksək səsyayıcı qabiliyyətinə malik olan partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Milli.Az