Turistləri gəzdirən helikopter Havay adalarında yoxa çıxdı

27 Dekabr 2019 18:39

ABŞ-ın Havay adalarında içərisində sərnişinlərin olduğu helikopter radarlardan itib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, helikopterdə yeddi nəfər, o cümlədən iki uşaq olub.

Hazırda helikopterin havadan və dənizdən axtarışları aparılır.

Qeyd olunur ki, Kauai adası üzərində ekskursiyaya yollanan helikopterdən daha sonra heç bir məlumat alınmayıb.

Milli.Az