Ronaldo məşhur tennisçiyə tullanmağı öyrətdi - VİDEO

27 Dekabr 2019 18:54

"Yuventus"un oyunçusu Kriştiano Ronaldo məşhur tennisçi Novak Cokoviçə tullanmaq texnikasını öyrədir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu İnstagram hesabında  tennisçiyə düzgün tullanmağın üsullarını öyrədən videosunu paylaşıb.

Ronaldo postun altından bu sözləri yazıb: "Cokoviçə hündürlüyə tullanmağı öyrədərkən. Səninlə görüşmək və birlikdə məşq etmək xoşdur".

Qeyd edək ki, Ronaldo bu yaxınlarda İtaliya çempionatında "Sampdoriya"nın qapısına 2 metr 56 santimetr hündürlükdən başla vurduğu qolla gündəmə gəlib.

Milli.Az