Meksikada antik Maya sarayı kəşf edilib

27 Dekabr 2019 23:05

Meksikanın Cancun şəhərində on illərdən bəri davam edən arxeoloji araşdırmalar nəticəsində 1500 il yaşı olan, vaxtilə elit mayalıların yaşadıqları saray kəşf edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sarayın hündürlüyü 6, uzunluğu 55, eni isə 15 metrdir.

Araşdırma qrupunun rəhbəri arxeoloq Alfredo Barrera bildirib ki, onlar hələ fəaliyyətlərinin başlanğıcındadırlar. Araşdırma xeyli müddət davam edəcək.

Milli.Az