Qolu sınmış kişiyə “27 həftəlik hamilə” diaqnozu qoydular

27 Dekabr 2019 16:19

Rusiyanın Novqorod vilayətinin Mərkəzi Xəstəxanasında qolu sınmış kişiyə "27 həftəlik hamilə" diaqnozu qoyublar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kişi əməliyyatdan sonra qoluna qoyulan metal konstruksiyanı çıxarmaq üçün xəstəxanya gəlib.

Xəstəlik epikrizində "27 həftəlik hamilə" olduğu yazısını görən şəxs təəcüblənib.

Həkimlər ona doğuşdan sonra metalı çıxarmağı məsləhət görüblər.

Qeyd edilir ki, xəstəxanada daha əvvəl də bir şəxs "kliniki ölüm" keçirməsi ilə bağlı kağız verilib.

Milli.Az