33 yaşlı Almaniya çempionu vəfat etdi

27 Dekabr 2019 16:24

Almaniyanın "Volfsburq" klubunun sabiq futbolçusu Sergey Kərimov vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sabiq müdafiəçi 33 yaşında vəfat edib. Onun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

"Volfsburq"un yetirməsi olan qazaxıstanlı futbolçu 2007-2011-ci ildə bu komandanın şərəfini qoruyub.

O, 2008/2009-cu illər mövsümündə "Volfsburq"la Almaniya Bundesliqasının çempionu olub.  Son olaraq Almaniyada "Lyopo-Martini" klubunda forma geyinən Kərimov, 2014-cü ildə karyerasını bitirmişdi.

Milli.Az