Apple səhmlərində son 10 ilin rekordu

31 Dekabr 2019 16:55

2019-cu ildə iPhone telefonlarının istehsalçısı "Apple" şirkətinin səhmləri kəskin bahalaşıb.

Milli.Az marja.az-a istinadən bildirir ki, Milad tətilinin ardından ilk əməliyyat günündə şirkətin səhmləri 1,98% dəyər qazanıb və  ilin əvvəlindən bu yana baş verən dəyər artımı 88,46%-ə çatıb.

Yalnız dekabr ayınada Apple səhmləri 7% bahalaşıb.

Son 1 ildə Microsoft səhmləri 59,15%, İntel səhmləri 32,24% və Amazon.com-un səhmləri isə 27,85 dəyər qazanıblar.

Milli.Az