Tramp "Çin ilə razılaşma tamamlanıb, imza mərasimi keçiriləcək" dedi, neft bahalaşdı

31 Dekabr 2019 12:55

ABŞ Prezidenti Donald Tramp,Çinlə davam edən ticarət danışıqları ilə əlaqədar olaraq, "Çin razılaşması tamamlanıb, imza mərasimi keçiriləcək" deyib.

Milli.Az marja.az-a istinadən bildirir ki, Tramp, "İmza mərasimini Çinin dövlət başçısı Xi ilə reallaşdıracağıq" açıqlamasını da edib.

Trampın açıqlamasından sonra Brent neftinin qiyməti 1%-dən çox bahalaşaraq 67 dolları aşıb.

Milli.Az