"Vanguard" ABŞ səhmlərinin 10% ucuzlaşacağını gözləyir

28 Dekabr 2019 21:50

Dünyada ən böyük investisiya şirkətlərindən biri "Vanguard Group Inc." ABŞ səhmlərinin gələn il daha yüksək satış riski ilə qarşı-qarşıya olduğunu açıqlayıb.

"Marja" xəbər verir ki, "Vanguard"ın baş iqtisadçısı Joseph Davis, "Maliyyə bazarları həddindən artıq satış riski daşıyır" deyib. O, ABŞ səhmlərində satış riskinə 2020-də 50% ehtimal verir.

"Vanguard"a görə satışlar nəticəsində səhmlər 10% düşə bilər. S&P 500 İndeksi 2018-ci ildən bu yana belə bir eniş qeyd etməyib.

Ən yüksək səviyyədən 20%-lik bir eniş isə "ayı bazarı" mənasını verir.

Milli.Az