"Hyundai Samho" beş gəmi sifarişi alıb

31 Dekabr 2019 10:50

Cənubi Koreyanın gəmiqayırma şirkəti  "Hyundai Heavy Industries" şirkətinin balansında olan "Hyundai Samho"da  5 yeni gəminin inşası ilə bağlı sifariş yerləşdirilib. Gəmilərdən ikisi mayeləşdirilmiş qaz, üçü isə neft-kimya daşıyıcısı olacaq.

Sifarişlərin kim tərəfindən yerləşdirildiyi açıqlanmayıb.

Müqavilənin ümumi dəyəri 337 milyon dollardır. Gəmilər 2021-ci ilədək təhvil edəcək.

Milli.Az