"Kalinka" bölgələrdə Yeni il konsertləri keçirəcək

27 Dekabr 2019 12:19

"Kalinka" markası Azərbaycanın bölgələrində bir sıra bayram konsertləri keçirəcək. Tədbirlər Yeni il və Dünya azərbaycanlılarının həmrəylik gününə təsadüf edəcək. Təşkilatçılar Gəncə, Quba və Sumqayıt sakinlərini sevindirəcəklər.

Yeni il şənlikləri 26 dekabr Gəncə şəhərində İcra Hakimiyyəti binası qarşısında, 28 dekabr Quba şəhəri Quba meydanında və 30 dekabr Sumqayıt şəhərində Nəsimi meydanında baş tutacaq. "Kalinka" hər kəsi 17: 00-da başlayacaq şənliklərdə iştirak etməyə dəvət edir.

Təşkilatçılar maraqlı bir əyləncə proqramı hazırlayıblar. Konsertdə Azərbaycanın məşhur musiqi ifaçıları, Dj, rəqs qrupları və dəyişilməz olaraq qalan "Kalinka" musiqi ansamblı çıxış edəcək.

Minlərlə insan şəhərlərin əsas meydanlarına toplaşaraq mahnı oxuyacaq, rəqs edəcək, şəkil çəkdirəcək, yarışlarda iştirak edəcək və əlbəttə ki, "Kalinka" yağı ilə hazırlanan yeməklərdən dadacaq. Şənliyin təəsüratları uzun müddət bütün ailənin - uşaqların, böyüklərin, nənə və babaların yaddaşında qalacaq.
Hər kəsin sevdiyi məşhur kərə yağı markası istehlakçılarla nəinki keyfiyyətli, dadlı və sağlam qida ilə təmin etmək baxımından, həm də asudə vaxtları ilə maraqlanır. Yeni il ərəfəsində "Kalinka" davamlı şənliklərə start verərək, respublika sakinləri üçün qeyri-adi bir bayram ab-havası yaradacaq və bu dövrdə ölkədə minlərlə evdar qadın bu yağdan istifadə edərək dadlı təamlar hazırlayacaq.

Qeyd edək ki, "Kalinka" markası müxtəlif bayramlarla əlaqədar mütəmadi olaraq ölkənin bölgələrində şənliklər təşkil edir. Bu marka yalnız əlverişli qiymətlər, yaxşı tərkib və məhsulların zəngin dadı ilə deyil, həm də əyləncəli ailə proqramları ilə istehlakçılarına daha yaxın olmaq istəyir.