Ermənistan Konstitusiya məhkəməsinin sədrinə qarşı ittiham irəli sürüldü

27 Dekabr 2019 13:29

Ermənistan Konstitusiya məhkəməsinin sədri Qrayr Tovmasyana qarşı ittiham irəli sürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu hüquq müdafiəçisi Ruben Melikyan bildirib.

Hələlik məhkəmə sədrinə qarşı hansı ittihamların irəli sürüldüyü məlumat verilmir.

Qeyd olunur ki, səhər saatlarından başlayaraq Ermənistanın Xüsusi İstintaq Xidməti Q.Tovmasyanın sorğu-sualını aparır.

Eyni zamanda məhkəmə binası qarşısında Q.Tovmasyanın tərəfdarlarının aksiyası keçirilir.

Milli.Az