"Mançester Yunayted"in futbolçusu zədələndi

27 Dekabr 2019 13:25

İngiltərə Premyer Liqasının XIX turunda "Nyukasl" üzərində böyükhesablı qələbə qazanan "Mançester Yunayted" bir futbolçusunu itirib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Skott Maktominey sıradan çıxıb.

İlk yarının sonlarında dizindən xəsarət alan 23 yaşlı oyunçunun zədəsinin ciddiliyi barədə hələlik məlumat verilməyib. Ancaq baş məşqçi Ole-Qunnar Sulşer futbolçunun həftəsonu "Bernli" ilə qarşılaşmada iştirak etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, "Mançester Yunayted" - "Nyukasl" görüşü birincilərin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az