"Azərbaycanın müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirirlər" - İcma rəhbəri

27 Dekabr 2019 13:15

Azərbaycanın xarici ölkələrdə müxtəlif diaspora mərkəzləri və səfirliklərin nəzdində yaradılan Qarabağ məktəbləri fəaliyyətlərini davam etdirirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağın Azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanılılara Qarabağla bağlı tarixi məlumatları aşılamaqdır:

"Xüsusilə də gənclərin, azyaşlıların Qarabağ ruhunda tərbiyələndirilməsi, gənclərin maarifləndirilməsidir. Mən özüm də Kanada və Çexiyada işlədiyim dövrlər ərzində orada bu kimi məktəblər fəaliyyət göstərirdi. Biz həmin məktəblərlə birlikdə çalışırdıq ki, uşaq və gənclərimizə Qarabağla bağlı məlumatlar çatdıraq".

Milli.Az