Türkiyədə zəlzələ olub - 4.9 bal

27 Dekabr 2019 12:44

Türkiyənin Elazığ vilayətində 4.9 bal gücündə zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saat 10:02-də baş verən yeraltı təkanlar yerli əhali arasında təşvişə səbəb olub.

Qeyd edək ki, Türkiyə çoğrafi mövqeyinə görə tektonik zona hesab edilir. Bundan əvvəl dekabrın 23-də Türkiyənin Tunceli vilayətində 4,2 bal gücündə zəlzələ baş verib.

Sentyabrın 26-da da İstanbulda 5,8 bal gücündə zəlzələ olub. Zəlzələ nəticəsində 473 binaya ziyan dəyib.

Milli.Az