"Beşiktaş" Burak Yılmazla 2 illik müqavilə imzaladı

27 Dekabr 2019 12:16

"Beşiktaş" hücumçusu Burak Yılmazın müqaviləsini uzadıb.

Milli.Az xəbər verir ki, 34 yaşlı forvardla 2021-ci ilin yayına qədər saziş imzalanıb. Türkiyə millisinin üzvünün müqaviləsi mövsümün sonunda başa çatırdı.

Ötən il "Beşiktaş"a qayıdan təcrübəli hücumçu 26 oyuna 16 qol vurub, 3 assist edib.

Milli.Az