Bu ölkədə "McDonalds" restoranlarının fəaliyyəti dayandırılıb

27 Dekabr 2019 21:50

Peruda "McDonalds" restoranlarının fəaliyyəti dayandırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Peruda fəaliyyət göstərən "McDonalds" restoranlarının birində bədbəxt hadisə baş verib. Belə ki, restoranda işləyən iki gənc əməkdaş iş fəaliyyəti zamanı elektrik enerjisinin vurması nəticəsində dünyasını dəyişib. Bu səbəbdən Perunun paytaxtın Limada "Alexandra və Gabriyelə ədalət" şüarı ilə etirazlar başlayıb və ölkə üzrə "McDonalds"ın 29 filialı öz fəaliyyətlərini dayandırıb. Əsasən gənclərin üstünlük təşkil etdiyi aksiyada insanlar buradakı istismar xarakteri daşıyan əmək şərtlərinə və iş fəaliyyəti zamanı qeyri sağlam və təhlükəli halların baş verməsinə qarşı etiraz ediblər.

Milli.Az