Kanadada qatar relsdən çıxıb

27 Dekabr 2019 10:41

Kanadanın Britaniya Kolumbiyası əyalətində yük qatarının 26 vaqonu relsdən çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, insident Maunt-Robson dağından 30 kilometr şərqdə baş verib.

Bildirilir ki, qatar "Canadian National Railway" şirkətinə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbi araşdırılır.

Milli.Az