İranda zəlzələ olub

27 Dekabr 2019 09:11

İranın cənub-qərbində Buşehr Atom Elektrik Stansiyasından (AES) 50 kilometr aralıda 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Buşehr şəhərindən 51,9 kilometr qərbdə, ocağı isə 38,3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az