Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO

26 Dekabr 2019 22:44

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri barədə məlumat verib.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Milli.Az