Rusiyanın Lipetsk şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə xəsarət alıb.
İlkin məlumata əsasən, avtobusun sürücüsü idarəetməni itirib və avtobus aşıb.
Bildirilir ki, avtobus Moskva-Tblisi reysi ilə hərəkət edirmiş.
Milli.Az