Pakistan və Hindistan hərbçiləri arasında atışma: ölənlər var

26 Dekabr 2019 20:31

Pakistan-Hindistan sərhədində atışma nəticəsində Cammu və Kəşmirdə beş hərbçi ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,bu barədə "Anadolu" agentliyi xəbər verib.

Jurnalistlərin məlumatına görə, insidentdə üç Hindistan və iki Pakistan hərbçisi öldürülüb. Qarşıdurmanın yaranmasında tərəflər bir-birini günahlandırıb.

Xəsarət alanların arasında dinc sakinlər də var.

Milli.Az