Prezident İlham Əliyev Niderlanda yeni səfir təyin etdi

26 Dekabr 2019 17:51

Prezident İlham Əliyev Fikrət Axundovun Azərbaycanın Niderlanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

Milli.Az