Türkiyəli ulduzlar Bakıda - FOTO

26 Dekabr 2019 18:20

Türkiyənin məşhur kino ulduzları Bakıya gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ceren Benderlioğlu, Sevinç Gürşen Kıratlı, Hakan Karsak, Emir Benderlioğlu və başqaları rol aldıqları "Aman reis duymasın" filminin qalası üçün Azərbaycana təşrif buyurublar.

Tanınmışlar səhər saatlarında Bakıya çataraq onlar üçün ayrılan otelə gediblər. Kinonun qalası Nizami Kino Mərkəzində baş tutacaq.

Ekran işinin baş qəhrəmanı Oktay Kaynarca isə Bakıya gəlməyib. Buna səbəb onun Türkiyədə iş qrafikinin gərgin olmasıdır.

Xatırladaq ki, layihədə məşhur "Eşkiya dünyaya hükümdar olmaz" serialından tanıdığımız obrazlar yer alıb.

Milli.Az