Sintetik hörümçək ipəyi hazırlandı

31 Dekabr 2019 09:20

Alimlər illərlə davam edən araşdırmalardan sonra sintetik hörümçək ipəyi yaratmağı bacardı. E. coli bakteriyalarının genetikasını dəyişdirən araşdırmaçılar, əsl hörümçək ipəyinə çox yaxın nəticələr əldə etməyi bacardı.

Bir çox insanın xəyallarını bəzəyən Hörmçək adamın tor atmasını, əsl həyatda çıxarmaq üçün araşdırmalar aparılır. Daha əvvəl keçirilən sınaqlar kifayət etməsə də, araşdırmaçılar nəhayət bakteriyaların genetikasını dəyişdirərək sintetik hörümçək ipəyi yaratmağın yolunu tapdılar.

Mühəndislər, illər boyunca genetikası dəyişdirilmiş bakteriyalardan, mayalardan və hətta keçi südündən sintetik bir nümunə yaratmağa çalışdılar, ancaq cəhdlər heç bir zaman kifayət etmədi. Bu dəfə isə E. coli bakteriyalarının genetik bağlarını dəyişdirdilər və müvəffəqiyyətli oldular. Nəticə olaraq ortaya, təbii, az qala eyni olan bir vəsait çıxdı.

Vaşinqton Universitetindən sintetik bioloq Fujonq Janq, Amerikan Kimya Dərnəyinin illik yığıncağında bu barədə belə dedi: "Artıq bakteriyaları təbiət qədər yaxşı bir şey çıxarmaq üçün istifadə edə bilərik". Hörümçək ipəyi son dərəcə yüngüldür, ancaq sanıldığından çox daha güclü olan bənzərsiz bir vəsaitdir. Hörümçəklərin torlarından edilən bir kəndir, eyni diametrdəki poladdan təxminən 5-qat daha güclüdür.

Milli.Az