Türkiyə Super Lliqa təmsilçisi "Kayserispor" baş məşqçisi Bülent Uygunla yolları ayırıb.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, B.Uygun oktyabrın 30-dan Kayseri təmsilçisini çalışdırıdı. Onun rəhbərliyi altında komanda ölkə çempionatında 7 matçda 2 qələbə qazanıb, 5 məğlubiyyət yaşayıb.
Xatırladaq ki, "Kayserispor" 17 turdan sonra Super Liqada 10 xalla sonuncu pillədə qərarlaşıb.
Milli.Az