Xiaomi elektromopedlərinin satış tarixi məlum oldu

28 Dekabr 2019 21:45

"Xiaomi" şirkətinin "Segway-Ninebot" adlı elektrikli mopedlərinin satış tarixi məlum oldu.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Segway-Ninebot" elektromopedləri 2020-ci ilin yanvar ayında "CES-2020"də satışa çıxarılacaq.

Şirkətin təqdim edəcəyi "Segway-Ninebot" mopedi iki elektrik skuterdən - "Ninebot eScooter" və "eMoped"dən ibarət olacaq.

Qeyd edək ki, elektromopedlərin satış qiymətləri hələ açıqlanmayıb.

Milli.Az