Kiberhücum nəticəsində reyslər təxirə salındı

31 Dekabr 2019 18:45

Kiberhücum nəticəsində "RavnAir" aviaşirkəti  Alyaskaya olan 6 reysini təxirə saldı.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "RavnAir" aviaşirkətinin mətbuat katibi Debbi Reynvand məlumat yayıb.

"Aviaşirkətin kompüter şəbəkəsinə edilən kiberhücum nəticəsində 280 sərnişinin uçuşu təxirə salındı".

Qeyd edək ki, hazırda "RavnAir" şirkəti  sistemləri bərpa etmək üçün FBI və kiber təhlükəsizlik şirkəti ilə çalışır. 

Milli.Az